Ağdamın "Qarabağ" klubu uğursuz oyunlar seriyasına son qoyub. Siasport.az saytının məlumatına görə, son 5 matçda qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri bu seriyanı Topaz Premyer Liqasının XII turunun AZAL-la qarşılaşmasında qırıb. 2:0 hesabı ilə qalib gələn ağdamlılar 42 gündən sonra 3 xal qazanıb. Ağdam təmsilçisi sonuncu dəfə 6 həftə əvvəl – sentyabrın 23-də səfərdə "Turan"ı 1:0 hesabı ilə məğlub etmişdi. Bu müddətdə "Qarabağ" ardıcıl 3 heç-heçə edib, son 2 görüşdə isə məğlub olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB