"Qalatasaray" prezidenti futbolçulara 1 milyon avro mükafat vəd etdi!

"Qalatasaray" prezidenti futbolçulara 1 milyon avro mükafat vəd etdi!

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 7-də səfərdə Rumıniya "Kluj"u ilə qarşılaşacaq "Qalatasaray" klubunda, bu oyuna böyük hazırlıq davam edir. Siasport.az saytı xəbər verir ki, qrupda sadəcə 1 xalı olan "cim bom" üçün səfərdə "Kluj"la keçirəcəyi qarşılaşma, sözün əsl mənasında "ölüm-dirim" əhəmiyyəti daşıyır. Belə ki, əgər istanbul təmsilçisi bu qarşılaşmada da məğlub olarsa, o zaman "Qalatasaray"ın qrupdan çıxmaq bir yana, heç qrup üçüncüsü kimi UEFA Avropa Liqasına yollanmaq şansı da qalmayacaq. Komanda rəhbərliyi isə futbolçuların oyuna marağını artırmaq üçün1 milyon avro mükafat təsis edib. Türkiyə mətbuatı yazır ki, artıq baş məşqçi Fatih terim bu barədə futbolçuları məlumatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə