Daniel Guiza indi də Malaziyaya yollandı...

Daniel Guiza indi də Malaziyaya yollandı...

Bir vaxtlar istanbulun "Fənərbaxça" futbol klubunda çıxış etmiş futbol üzrə İspaniya millisinin keçmiş futbolçusu Daniel Guiza, özünə yeni komanda tapıb. Siasport.az saytı xəbər verir ki, "Xetafe"nin futbolçusu, burada da özünə yer tapa bilməyəndən sonra, indi də uzaq Malaziyaya yollanmağa qərar verib. Belə ki, 2008-ci ildə İspaniya millisinin heyətində futbol üzrə Avropa Çempionu adını qazanan D.Guiza, Malaziyanın "Johor FC" klubu ilə müqavilə imzalayıb. 32 yaşlı ispaniyalı futbolçunun transfer qiyməti ilə bağlı heç bir rəsmi açıqlama verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə