Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatının birinci dövrəsinin ikinci turunun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, turun ilk oyununda meydançaya "İqtisadçı" və "Lokomotiv Biləcəri" komandaları çıxıblar. Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında uğurla çıxış edən "İqtisadçı" rəqibini 3:0 (25:13, 25:11, 25:16) hesabı ilə məğlub edib.
Günün ikinci oyunu "Telekom" və "Azəryol Bakı" komandaları arasında keçirilib. Avrokuboklardakı çıxışına uğurlu start verən "Azəryol Bakı" komandası rəqibinə 3:0 (25:22, 25:10, 25:14) hesabı ilə qalib gəlib.
Turun sonuncu görüşündə isə "Rabitə" və "Lokomotiv" komandaları üz-üzə gəliblər. Görüş klublararası dünya çempionatının gümüş medalını qazanan "Rabitə"nin 3:1 (25:19, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB