"Qəbələ"nin 200-cü qolu STATİSTİKA

"Qəbələ"nin 200-cü qolu STATİSTİKA

XII tur tarixə "Qəbələ"nin Premyer Liqada yubiley - 200-cü qolunu vurması ilə düşüb. Siasport.az saytının məlumatına görə, bu qarşılaşmayadək güclülər dəstəsində 183 oyuna 199 qol vuran "Qəbələ" "Neftçi" ilə matçda rəqib qapısından əvvəl 200-cü, sonra 201-ci topu keçirib. Yubiley qolunun müəllifi isə Lourival Assis olub.

"Qəbələ"nin bütün yubiley qolları

1-ci qol - 2006/07 mövsümü

Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1

50-ci qol - 2007/08 mövsümü

Əli İsmayılov - 18.05.2008. Qəbələ - Masallı - 1:1

100-cü qol - 2009/10 mövsümü

Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0

150-ci qol - 2011/12 mövsümü

Viktor Mendi - 11.09.2011. Qəbələ - Turan (Tovuz) - 2:1

200-cü qol - 2012/13 mövsümü

Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1

Premyer Liqada 7-ci mövsümünü keçirən "Qəbələ" qollarından 109-nu öz meydanında, 92-ni səfərdə vurub. Komandanın mövsüm üçün rekordu isə ötən mövsüm olub – 43 qol.

"Qəbələ"nin qolları mövsümlər üzrə

2006/07 – 17

2007/08 – 33

2008/09 – 28

2009/10 – 36 (təsnifatda 24+ "altılıq"da 12)

2010/11 – 31 (təsnifatda 19+ "altılıq"da 12)

2011/12 – 43 (təsnifatda 27+ "altılıq"da 16)

2012/13 – 13 (təsnifatda 13)

"Qəbələ"nin Premyer Liqada vurduğu 201 qola komandanın 54 üzvü imza atıb. Onların vurduğu 199 topla yanaşı daha 2 dəfə rəqib oyunçuları avtoqola üzülüblər. "Qəbələ"nin Premyer Liqada ən yaxşı bombardiri Deon Bartondur. "Neftçi" ilə oyunda 2-ci qolun müəllifi olan Luiz Paulo Hilario isə bombardirlər siyahısında 2-ci yerə şərik olub. Ən yaxşı 10 bombardir siyahısında isə 11 futbolçu var. Çünki 4 futbolçu eyni sayda qol vurub.

"Qəbələ"nin Premyer Liqadakı bombardirləri

1. Deon Barton - 15

2-4. Luiz Paulo Hilario - 11

Kənan Kərimov - 11

Vitali Balamestnı - 11

5. Yannik Kamanan - 10

6. Viktor Mendi - 9

7. Farzad Hatəmi - 8

8-11. Samir Zərgərov - 7

Kristian Torres - 7

Turnike Aptsiauri - 7

Tomaş Stolpa - 7

"Qəbələ" Premyer Liqadakı qollarından çoxunu Ramiz Məmmədovun baş məşqçiliyi dövründə vurub – 115. Toni Adams 43, Fatih Kavlak 38 dəfə komandanın qoluna sevinib. Faiq Cabbarov isə cəmi 5 dəfə belə hadisəyə sevinib.

Premyer Liqada 21 komanda ilə qarşılaşan "Qəbələ" bütün rəqiblərinin qapısından qol keçirə bilib. Daha çox qol vurulan 3 rəqibin hərəsinə 17 top vurulub. "Neftçi" ilə matçda daha 1 qol vurulacağı halda bakılılar da həmin 3-lüyə qoşulacaqdı.

"Qəbələ" qollarını kimə vurub?

Simurq (Zaqatala), Muğan (Salyan), Qarabağ (Ağdam) – hərəsinə 17

Neftçi (Bakı) - 16

Turan (Tovuz) - 15

Karvan (Yevlax), Xəzər Lənkəran – hərəsinə 13

İnter (Bakı), Bakı - hərəsinə 12

Gənclərbirliyi (Sumqayıt) - 11

MOİK (Bakı), Sumqayıt, AZAL (Bakı) - hərəsinə 9

Standard (Sumqayıt) - 8

Rəvan (Bakı) - 7

Kəpəz (Gəncə) - 5

Bakılı, ABN-Bərdə - hərəsinə 4

Şahdağ (Qusar), Masallı, MKT-Araz (İmişli) - hərəsinə 1

Bütün xəbərlər Facebook səhifəmizdə