Futbol üzrə İtaliya A Seriyasında 11-ci turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, UEFA Avropa Liqasında Bakının "Neftçi" futbol klubunun rəqibi olan "İnter" klubu, A Seriyasının hazırkı lideri "Yuventus"u 3:1 məğlub edərək, ardıcıl qələbələrini davam etdirməkdədir. "Qoca sinyora"ya yerini göstərən Milan təmsilçisi, bu qələbə sayəsində xal ehtiyatını 27-yə çatdıraraq, turnir cədvəlində 2-ci sıraya yüksəlib. Son günlər acınacaqlı günlər keçirən "Milan" isə, "Kievo"nu 5:1 hesabı ilə darmadağın edərək, turnir cədvəlindəki vəziyyətini az da olsa düzəldə bilib. "Roma" isə "Polermo"ya 4:1 hesabı ilə qalib gəlib.
İtaliya A Seriyasında XI turun oyunları
"Milan" - "Kievo" - 5:1
Qollar: Emanuelson, 16 (1:0), Pellisier, 18 (1:1), Montolivo, 37 (2:1), Krkiç, 41 (3:1), Əl Şaaravi, 75 (4:1), Pazzini, 90 (5:1)
"Yuventus" - "İnter" - 1:3
Qollar: Vidal, 1 (1:0), Milito, 59-pen (1:1), 76 (1:2), Palsio, 90 (1:3)
4 noyabr
"Peskara" - "Parma" - 2:0
Qollar: Abbruskato, 49 (1:0), Veiss, 90 (2:0)
"Kataniya" - "Latsio" - 4:0
Qollar: Qomez, 9 (1:0), 29 (3:0), Lodi, 25-pen (2:0), Barrientos, 69 (4:0)
"Siena" - "Genua" - 1:0
Qol: Paki, 55 (1:0)
"Sampdoriya" - "Atalanta" - 1:2
Qollar: Bonaventura, 2 (0:1), Mareska, 53 (1:1), De Luka, 76 (1:2)
"Napoli" - "Torino" - 1:1
Qollar: Kavani, 6 (1:0), Sansone, 90 (1:1)
"Boloniya" - "Udineze" - 1:1
Qollar: Diamanti, 46 (1:0), Di Natale, 73 (1:1)
"Fiorentina" - "Kalyari" - 4:1
Qollar: Rodriqez, 14 (1:0), Kasarini, 43 (1:1), Yovetiç, 50 (2:1), Toni, 54 (3:1), Kuadrado, 84 (4:1)
"Roma" - "Palermo" - 4:1
Qollar: Totti, 11 (1:0), Osvaldo, 31 (2:0), Lamela, 70 (3:0), Destro, 79 (4:0), İliçiç, 84 (4:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB