Futbol üzrə Türkiyə Superliqasında 10-cu turun növbəti qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, açılış qarşılaşmasında İstanbulun "Qalatasaray" futbol klubu, səfərdə "İstanbul BB" ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən qarşılaşma 3:1 hesabı ilə "cim bom"un xeyrinə yekunlaşıb. Digər bir İstanbul klubu olan "Fənərbaxça" da səfərdə "Akhisar Bələdiyyəspor"u 2:1 hesabı ilə məğlub edib. Son günlər iddialı çıxışları ilə diqqətləri cəlb edən "Orduspor" isə "Sivasspor"u 2 top fərqi ilə məğlubiyyətə uğradıb. İstanbulun "Beşiktaş" futbol klubu isə "İsmət İnönü"də "Mersin İdmanyurdu"nu 3:0 hesabı ilə məğlub eədərk, ardıcıl 3-cü çempionat qarşılaşmasından da qələbə ilə ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB