Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş konsert keçirilib. Siasport.az saytının məlumatına görə, Dənizkənarı Milli Parkda təşkil olunmuş konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.
"Eurovision - 2011" beynəlxalq mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Ell/Nikki duetinin ifa etdiyi "Running scared" paytaxt sakinlərinin hərarətli alqışları ilə qarşılanıb.
Milli Parka toplaşanlar Xalq Artisti Zülfiyyə Xanbabayevanın ifa etdiyi "Azərbaycan" mahnısının sədaları altında doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını seyr ediblər.
Konsert digər müğənnilərin və Dj-lərin çıxışları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB