Kaxaber Sxadadze: "Meydança bərbad vəziyyətdə idi"

Kaxaber Sxadadze: "Meydança bərbad vəziyyətdə idi"

Topaz Premyer Liqasının XII turunda turnir cədvəlinin lideri olan "İnter" Sumqayıtda eyniadlı komandanın qonağı olub. Siasport.az saytının məlumatına görə, maraqlı idman mübarizəsi şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Komandaların baş məşqçiləri meydanın vəziyyətindən şikayətləniblər:

Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Meydança bərbad vəziyyətdə idi. Bu cür meydanda mübarizə aparmaq çox çətindir. Futbolçularımı qınamıram, bu cür meydanda heç nə etmək olmur". "Sumqayıt" komandasına və baş məşqçisinə uğurlar arzulayıram. .

Bernhard Raad, "Sumqayıt" klubunun baş məşqçisi: "Rəqib komandanın baş məşqçisi ilə razıyam, bu cür meydanda yaxşı oyun göstərmək olmur. "İnter" komandası ilə oyunumuz həmişə çətin alınır. 1 xal qazandığımız üşün şadam. Fikrimcə, "İnter" də 1 xalla razılaşmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə