Qurban Qurbanov: "AZAL bizim üçün çətin komandadır"

Qurban Qurbanov: "AZAL bizim üçün çətin komandadır"

Topaz Premyer Liqasının XII turunda doğma meydanda AZAL-la qarşılaşan "Qarabağ" rəqibini 2:0 hesabı ilə məğlub edərək turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Siasport.az saytı hər iki komandanın baş məşqçisinin oyun barədə fikirlərini nəzərinizə çatdırır:

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Qarabağ" klubunu layiqli qələbə münasibəti ilə təbrik edirəm. Bizdən üstün oynadılar. Qalib gəlsə idik turnir cədvəlində rəqiblərimizdən aralana bilərdik. "Qarabağ" bizi öz silahımızla vurdu, oyun boyu pressinq elədi. İlk qolda süni oyundan kənar vəziyyət yaratmaq istədik. Bu gün ən zəif oyunumuzu oynadıq. Problemlərimzii həll etməliyik. Bu il AZAL-dan çox şey tələb etməyək, atdığımız addımlar düzgündür. Gələcək üçün yaxşı komanda yaradacağıq".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Hər iki komanda qələbəyə layiq idi. AZAL bizim üçün çətin komandadır. Stabil oyun göstərirlər. Qələbə qazanmaqdan başqa çıxış yolumuz yox idi. Bizim də oyunumuzda problemlər var, məşqçinin də əsas işlərindən biri bu problemləri aradan qaldırmaqdır. Çətin oyun olsa da, vacib üç xal qazandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə