Fransanın Leql şəhəri merinin müavini İzabel Klyuşun rəhbərlik etdiyi güləşçilərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Siasport.az saytının məlumatına görə, noyabrın 2-də fransalı qonaqlar Şəkiyə gəliblər. Qonaqlara Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, özünəməxsus milli adət-ənənələri barədə məlumat verilib. Şəkidə kənd təsərrüfatının, xüsusilə ipəkçiliyin inkişaf etdirildiyi və şəhərdə bu sahə üzrə iri sənaye müəssisəsinin fəaliyyət göstərdiyi idmançıların diqqətinə çatdırılıb.
Sonra qonaqlar şəhərin görməli yerlərini gəzib, Şəki xanlarının sarayı və "Yuxarı Karvansaray" mehmanxana kompleksi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB