Rolando "Fənərbaxça" yolunda...

Rolando "Fənərbaxça" yolunda...

Hazırda Portuqaliyanın "Porto" klubunda forma geyən Rolando, gələn mövsüm komandasını dəyişməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu barədə türkiyənin "Milliyet" qəzeti yazıb. Türkiyə qəzeti futbolçunun meneceri Joa Da Silvaya istinadən xəbər verir ki, ulduz futbolçunun İstanbulun "Fənərbaxça" klubuna keçmək ehtimalı da güclüdür. Futbolçunun meneceri bildirib ki, "Fənərbaxça" böyük komandadır və hər bir futbolçunun arzusu bu cür komandalarda çıxış etməkdir: "Bununla yanaşı "Fənərbaxça"dan bu günə qədər futbolçunun transferi ilə bağlı mənə heç bir rəsmi müraciət olunmayıb."-deyə menecer fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə