"Sevilya" da qələbə qazanarmış...

"Sevilya" da qələbə qazanarmış...

Dünən axşam futbol üzrə İspaniya Kubokunda 10-cu turun sonuncu qarşıalşamalrı keçirilib. Siasport.az saytı xəbər verir ki, La Liqada olduqca uğursuz günlər yaşayan "Sevilya" futbol klubu, "Espanyol"u qəbul edib. Neçə müddətdir ki, azarkeşlərini acınacaqlı məğlubiyyətlərlə üzən "Sevilya", bu dəfə çətinliklə də olsa, gərgin mübarizə apararaq, 2:1 hesablı əzmkar qələbə qazanıb. Bundan başqa "Atletik" klubu aşağı liqa təmsilçisi olan "Eibar"ın müqavimətini qıra bilməyib. "Malyorka" isə səfərdə "Deportivo" ilə 1:1 hesablı nəticəyə razılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə