"Yeni ildən tamam fərqli komanda görəcəyik"

"Yeni ildən tamam fərqli komanda görəcəyik"

"Kəpəz" fanklubunun prezidenti Elmar Əliyev Gəncə təmsilçisinin son dövrlərdəki çıxışlarına münasibət bildirib. Siasport.az saytının məlumatına görə, E.Əliyev azarkeşlərə səslənərək, komandanın tezliklə uğursuz günlərə son qoyacağına inamını ifadə edib: "Fanatlarımız səbrli olsunlar. Hər şey düzələcək. İnşallah, yeni ildən tamam fərqli komanda görəcəyik. Hələ oyunlar qabaqdadır. Futbolçular da ruhdan düşməsinlər. Meydanda bacardıqlarını etsinlər. Hamımız bir olub, klub ətrafında birləşməliyik. Sona kimi komandamızın arxasındayıq. Baş məşqçi Mahmud Qurbanov və klub rəhbərliyinə inanırıq. Onlara hər addımda dəstək veririk".

Bütün xəbərlər Facebook səhifəmizdə