Klublarımızın rəqibləri müəyyənləşdi

Klublarımızın rəqibləri müəyyənləşdi

Avropa Voleybol Konfederasiyası kuboku uğrunda mübarizə aparan "Azəryol Bakı" və "İqtisadçı" komandaları 1/8 finala yüksəldilər. Siasport.az saytının məlumatına görə, artıq komandalarımızın rəqibləri müəyyən olunub.

"Azəryol Bakı" klubu Almaniya təmsilçisi olan "Rote Rabenom" komandası ilə, "İqtisadçı" isə Nataliya Məmmədova şərəfini qoruduğu "OMIÇKA" klubu ilə qarşılaşacaq. Komandalarımız ilk görüşünü 13-15 noyabr, cavab oyununu isə 20-22 noyabr tarixlərində keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə