Çempionlar Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət "Rabitə" klubu İtaliya təmsilçisi "Villacortese" komandasını qəbul edib. Siasport.az saytının məlumatına görə, "Rabitə" rəqibini 3:1 hesabı ilə məğlub edib. İlk hissədə 25-15 hesabı ilə qalib gələn rabitəçilər, ikinci hissədə 22-25 hesabı ilə məğlub olublar. Yenidən toparlanan qızlarımız III və IV hissələrdə 25-21, 25-22 hesabı ilə qalib gələrək, matçı üstün başa vurublar.
Rabitə - AsystelCarnaghi VİLLACORTESE 3:1 (25:15, 22:25, 25:21, 25:22)
Xatırladaq ki, ilk görüşdə komandamız 3:0 hesabı ilə Çexiya təmsilçisi "Agel"i məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB