Azərbaycan millisində yeni futbolçu

Azərbaycan millisində yeni futbolçu

DÇ-2014-ün seçmə qrup mərhələsinin növbəti oyunları ilə əlaqədar Azərbaycan milli komandasının heyəti açıqlanıb. Siasport.az saytının məlumatına görə, bu dəfəki siyahıda çoxdandır dəvət edilməsi gözlənilən "Simurq" klubunun kapitanı Rasim Ramaldanovunda adı qeyd olunub. Futbolçu A millinin noyabrın 6-dan 9-na qədər Bakıda, noyabrın 10-dan 15-dək isə Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək təlim-məşq toplanışında baş məşqçi Berti Foqtsun ixtiyarında olacaq.

Qeyd edək ki, yığma komanda növbəti oyununu noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirdəcək. Rasim Ramaldanov karyerası ərzində ilk dəfədir ki, yığmaya dəvət alıb. O, indiki A millinin heyətində "Simurq"u təmsil edəcək ilk futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə