"Kəpəz"lə oyundan sonra növbəti gün "İnter" "Şəfa" stadionunda toplaşıb və Premyer Liqanın 12-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçiriləcək matçın hazırlıqlarına başlayıb.
Dünən isə komanda saat 14.00-da məşqə çıxıb və məşq prosesi bir saat yarım davam edib. Futbolçular məşqə isinmə hərəkətlərini yerinə yetirməklə başlayıblar. Sonra topla çalışmalar başlayıb. Bu gün də həmçinin bir məşqin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, "Sumqayıt" - "İnter" oyunu noyabrın 4-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB