"Sumqayıt"ın 3 futbolçusu A milli komandaya çağırılıb

"Sumqayıt"ın 3 futbolçusu A milli komandaya çağırılıb

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununa hazırlıq məqsədilə Azərbaycan milli komandasının noyabrın 6-dan 9-a qədər Bakıda, noyabrın 10-dan 15-dək isə Belfast şəhərində təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytının məlumatına görə, A yığmamızın baş məşqçisi Berti Foqts "Sumqayıt" Futbol Klubundan 3 futbolçuya dəvət göndərib. Bunlar Səlahət Ağayev, Murad Ağayev və Uğur Pamukdur.

Bütün xəbərlər Facebook səhifəmizdə