19 yaşlı 76-cı STATİSTİKA

Topaz Premyer Liqasının XI turundakı "Sumqayıt"la oyun daha bir futbolçunun "Xəzər Lənkəran"da qol hesabını açması ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, rəqib qapısına yol tapan Kazım Kazımlı komandanın heyətində ilk qolunu vurub.

Hələ 3 il əvvəl "ağ-yaşıl" formada debüt etməklə klub tarixinə ən gənc oyunçu kimi düşən Kazım ilk qolunu Sumqayıtda rəqib qapısından keçirib. 19 yaşlı futbolçu özünün komandadakı 5-ci matçında fərqlənib.

Bununla da o, klub tarixində fərqlənən 76-cı oyunçu olub. Kazımlı "Xəzər Lənkəran"da qol sevinci yaşayan 28-ci yerli futbolçudur ki, digər 48 legioner qolçu 20 ölkəni təmsil edir. Komandanın çempionat matçlarında isə indiyədək 69 futbolçu fərqlənmişdi ki, Kazım bu siyahıya 70-ci kimi düşüb.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın 76 nəfərlik qolçular siyahısına 44 qol vuran Zaur Ramazanov başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə