U-17 məğlub olub

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün İsveç komandası ilə qarşılaşıb. Siasport.az saytının məlumatəna görə, qarşılaşma 7:1 hesabı ilə İsveç yığmasının xeyrinə başa çatıb. Yığmamızın heyətində Melis Sarıaltın fərqlənib.

Azərbaycan yığması ilkin seçmə mərhələdə son oyununu noyabrın 3-də, Bakı vaxtı ilə saat 18:00-da Xorvatiya komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə