Futbol üzrə İngiltərə Kubokunda 10-cu turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, "Liverpul", "Sionsi" ilə qarşılaşmada azarkeşlərini növbəti dəfə üzməli olub. Belə ki, "qırmızılar" doğma meydanda zəif rəqiblərinə 1:3 hesabı ilə məğlub olublar. "Tottenhem" isə "Norviç"ə 1:2 hesabı ilə məğlub olub. Turun mərkəzi qarşılaşması isə "Çelsi" və "Mançester Yunayted" arasında keçirilib. İki əzəli rəqibin duelində gülən tərəf "zadəganlar" olublar. Belə ki, "Çelsi" futbolçuları, "qırmızı şeytanları" 5:4 hesabı ilə darmadağın edərək, növbəti mərhələyə çıxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB