Belçika və Bosniya və Herseqovinada təşkil olunmuş stolüstü tennis üzrə kişi və qadın komandalar arasında Avropa təsnifat çempionatının I mərhələsinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, belçikada mübarizə aparmış kişilərdən ibarət komandamız 6 kollektivin – Belçika, Bosniya və Herseqovina, Litva, İsveçrə və Monteneqronun çıxış etdiyi yarımqrupda 5-ci yeri tutub.
Bosniya və Herseqovinada yarışmış qadın tennisçilərimiz isə yerli və Kosovo idmançılarını məğlub edərək öz yarımqruplarında Avstriya tennisçilərindən sonra ikinci yeri qazanıblar.
Qeyd edək ki, Avropa təsnifat çempionatının II mərhələsi gələn ilin aprelində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB