“Tərəqqi” məşqləri davam etdirir

“Tərəqqi” məşqləri davam etdirir

"Ağsu" ilə kubok oyunundan sonra 3 günlük istirahətə buraxılan "Tərəqqi" futbolçuları oktyabrın 28-dən məşqləri bərpa ediblər. Siasport.az saytının məlumatına görə, I divizion komandası məşqlərini Gəncə şəhər stadionu və Samux rayonunun Aşağı Ağasıbəyli kənd stadionunda keçir. İlk məşq günündə bərpaedici hazırlıq prosesi keçən Vasif Vəliyevin komandası sonrakı günlərdə ümumi fizki hazırlıq üzərində işləyib. Dünəndən isə taktiki-texniki yönümlü məşqlər başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə