Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çempionlar Liqası yarışlarının yeni mövsümündə ikinci oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, "Azərreyl" qrup mərhələsi çərçivəsində növbəti oyununu səfərdə Türkiyənin "Eczaçıbaşı" komandasına qarşı keçirib.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyun "Azərreyl"in 0:3 (25:22, 25:23, 25:12) hesablı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, təmsilçimiz qrupda ilk oyununu doğma meydanda "Dresdner"ə (Almaniya) qarşı keçirib və qələbə qazanıb - 3:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB