Yunis Hüseynov "Xəzər Lənkəran"dan getdi

Yunis Hüseynov "Xəzər Lənkəran"dan getdi

Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan "Sumqayıt" - "Xəzər Lənkəran" (1:1) oyunundan sonra "Xəzər Lənkəran" klubunun rəhbərliyi və baş məşqçi Yunis Hüseynovun iştirakı ilə iclas keçirilib. Siasport.az saytının məlumatıına görə, toplantıda cari mövsüm çempionatının ilk dövrəsinin yekunlarına dair fikir mübadiləsi aparılıb, nəticələr müzakirə olunub. İclasın yekununda "Xəzər Lənkəran" klubu və Yunis Hüseynov qarşılıqlı surətdə yollarını ayırmaq qərarına gəliblər. Klub rəhbərliyi Yunis Hüseynova məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək, mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb.

Həmçinin klub rəhbərliyi tərəfindən qərara alınıb ki, yeni baş məşqçi təyin olunana qədər futbolçuların hazırlığı müvəqqəti əsasda tam olaraq baş məşqçinin köməkçiləri - intizam üzrə məşqçi Emin Quliyev və fiziki hazırlıq üzrə məşqçi Erik Roketa Kapillaya həvalə edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə