Kaxaber Sxadadze: “Oyuna çox pis başladıq"

Kaxaber Sxadadze: “Oyuna çox pis başladıq"

Topaz Premyer Liqasının XI turunda doğma meydanda "Kəpəz"i qəbul edən "İnter" rəqibini 3:1 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyi ələ keçirib. Siasport.az saytı hər iki komandanın baş məşqçilərinin fikirlərini nəzərinizə çatdırır:

Mahmud Qurbanov, "Kəpəz" klubunun baş məşqçisi: "Üç oyundur ki, hesabda irəlidə olduğumuz halda yekunda məğlub oluruq. Bəzi oyunçuların ustalıq səviyyəsi çatışmır. Əsas heyətin iki oyunçusu olmayanda heyəti qurmağa çətinlik çəkirik. Oyun vaxtı iki futbolçumuz zədələndi, bu, oyun planımızı pozdu. Heyətlə bağlı ciddi problemlərimiz var, çox çalışmalıyıq. Oyunçuların çoxundan narazıyam. Məğlubiyyətə baxmayaraq ruhdan düşmürük, qarşıdakı oyunlara hazırlaşacağıq".

Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Oyuna çox pis başladıq, bu da bəzi futbolçuların oyuna lazımi qədər köklənməməsindən irəli gəlir. "Kəpəz" hücum planında aqressiv idi. Rəqibin kimliyindən asılı olmayaraq 5 oyunçu ilə pressinq edirlər. Gəncə təmsilçisində xəttlər arasında boşluqlar var idi. Oyunun əvvəlində bu boşluqlardan istifadə edərək qol vurduq. Erkən qol buraxmağımız pisdir, lakin 3 qol vuraraq qalib gəldik. Son zamanlar gənc futbolçulara şans veririk, onları oyunlarına görə təbrik edirəm. Qalib gəldiyimiz üçün şadam. Qarşıda bizi "Sumqayıt"la çətin oyun gözləyir. Bu oyunda da öz oyunumuzu göstərməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə