Şəhər birinciliyinə yekun vurulub

Şəhər birinciliyinə yekun vurulub

Şəki İdman-Sağlamlıq Mərkəzində yunan-Roma güləşi üzrə şəhər birinciliyinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 8 çəki dərəcəsi üzrə 70 nəfər pəhləvan mübarizə aparıb. Birinciliyin qalibləri medal və diplomlarla mükafatlandırılıblar. Hər çəki dərəcəsi üzrə qalib gəlmiş güləşçi, həm də respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə