Azərbaycanın gənclərdən ibarət boks yığması noybayrın 25-də Ermənistanda start götürəcək boks üzrə Avropa çempionatında iştirak edə bilər. Siasport.az saytının məlumatına görə, Azərbaycan Boks Federasiyası (ABF) qarşı tərəfdən təhlükəsizliklə bağlı təminat tələb edib. Artıq Ermənistan tərəfi təhlükəsizlik təminatı ilə bağlı ABF-yə məktub göndərib.
ABF-dən bu barədə rəsmi açıqlama olmadığına görə, yığmamızın konkret olaraq yarışa gedəcəyini qeyd edə bilmərik.
Qeyd edək ki, ABF komandamızın yarışa qatılacağına qərar verəcəyi təqdirdə İrəvana 10 nəfərlik nümayəndə heyəti yollanacaq. Onlardan 6-su boksçu olacaq.
Xatırladaq ki, Avropa çempionatı noyabrın 25-dən dekabrın 8-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB