"Qarabağ" klubu Premyer Liqanın ilk dövrəsinin sonuncu turunda "Qəbələ"ni qəbul edəcek. Siasport.az saytının məlumatına görə, komanda artıq oyunun hazırlıqlarına start verib. Ağdam təmsilçisi bu gün məşqə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq. Şimallılarla oyuna "Qarabağ" itkilərlə hazırlaşır. Zədə səbəbindən son 2 oyunu buraxan Rəşad Sadıqova "Xəzər Lənkəran"la oyunda almaciq sumuyu qırılan Ansi Aqolli də qoshulub. Əfran İsmayılovun da oyun gününə yetişib-yetişməyəcəyi məlum deyil. Üstəlik, sonuncu turda qırmızı vərəqə alan Maksim Medvedev də oyunu buraxmalı olacaq. "Bakı" ilə oyunda zədələnən Namiq Yusifovun isə XI turda meydana çıxması mümkündür. Vüqar Nadirov cəzasını başa vuraraq geri dönüb.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu okyabrin 31-də saat 15:00-da mərkəzi arenada baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB