Dirk Kuyt gənc futbolçunun müdafiəsinə qalxdı!

Dirk Kuyt gənc futbolçunun müdafiəsinə qalxdı!

"Fənərbaxça"nın hollandiyalı futbol ulduzu Dirk Kuyt, gənc futbolçu Salehi müdafiə edən açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Antalyaspor"a 1:3 hesabı ilə məğlub olan "Fənərbaxça"da hər kəs 17 yaşlı gənc futbolçu salehi hədəfə alaraq, buraxılan iki topda onun müdafiədəki səhvlərinin əsas rol oynadığını iddia edir. Amma hollandiyalı ulduz futbolçu bu iradları rədd edərək gənc futbolçunu müdafiə edib: "Futbol xətalarla dolu bir oyundur. Burada olduqca diqqətli olmaq lazımdır. Doğrudur, Salehi bir sıra məqamlarda səhvlərə yol verdi. Amma nzəərə alanda ki, bu onun "Fənərbaxça"nın heyətində meydana çıxdığı ilk oyun idi, o zaman bütün günahları bu gənc futbolçunun üzərinə yıxmaq ədalətsizlik olardı. Biz komanda kimi yaxşı oynamadıq, bunu etiraf etmək lazımdır."

Bütün xəbərlər Facebook səhifəmizdə