Payız turniri keçirilib

"Xəzri" klubunda veteranlar arasında stolüstü tennis üzrə növbəti payız turniri keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda Bakı, Sumqayıt, Gəncə, Quba, Şirvan və respublikamızın digər şəhərlərindən 30 veteran idmançı iştirak edib.
40-49 yaşlı kişilərin mübarizəsində Elçin Vəliyev (Bakı), 50-59 yaşlı tennisçilərin yarışında Səxavət Heydərov (Bakı) və 60-69 yaşlıların qarşılaşmasında isə Kamran Əkbərov (Bakı) qızıl medal qazanıb.
Qoşa yarışlarda isə Elçin Vəliyev - Səxavət Heydərov cütlüyü turnirin qalibi olub.
Yarışların qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və qiymətli hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə