Boks üzrə qadınlardan ibarət milli komandamız Qəbələdə təlim-məşq toplanışına başlayıb.Siasport.az saytının məlumatına görə, baş məşqçi Şamil Məhəmmədbəyovun rəhbərliyi altında hazırlıq prossesində 8 idmançı iştirak edir. Onların arasında London Olimpiadasında mübarizə aparmış, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova da (75 kq) var. Digər boksçular isə yerli gənc qızlardır.
Təlim məşq toplanışında olan boksçular:
Anaxanım Ağayeva (48 kq)
Ceyran Dadaşova (48 kq)
Əzizə Abbasova (51 kq)
Ayla Hüseynova (64 kq)
Leyla Həsənova (69 kq)
Yelena Vıstropova (75 kq)
Leyla Cavadova (75 kq)
Aynur Rzayeva (81 kq)
Qeyd edək ki, təlim-məşq toplanışı noyabrın 15-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB