“Bakı” itkisiz davam edir

Əvəzedici heyətlərin ölkə birinciliyində XI turun iki oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, "Kəpəz"i qəbul edən "İnter" rəqibini böyük hesabla məğlub edib – 5:0. Çempionatın lideri olan "Bakı" komandası isə AZAL-ı 2:0 hesabı ilə məğlub edərək, itkisiz liderliyini davam etdirir.

"İnter" 5-0 "Kəpəz"
(Qurbanəli Əliyev, 9; Ramil Mansurov, 19; 45+1; Mirsahib Abbasov, 23; Soltan Soltanov, 70)

AZAL 0-2 "Bakı"
(Vadim Abdullayev, 4; Zahid Sadıqov, 35)

Bütün xəbərlər Facebook səhifəmizdə