"Qırmızı şeytanlar" "Çelsi"yə futbol dərsi keçdilər...

"Qırmızı şeytanlar" "Çelsi"yə futbol dərsi keçdilər...

Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, "Suonsi" ilə görüşən "Mançester Siti", zəif rəqibini Karlos Tevezin qolu ilə 1:0 hesabı ilə məğlub edib. Səfərdə "Everton"la qarşılaşan "Liverpul" isə meydandan 2:2 hesablı nəticə və cəmi 1 xal ilə ayrılıb. "Arsenal" isə öz meydanında "Kvins Park Reycens"lə keçirdiyi qarşılaşmada rəqibini 1:0 hesabı ilə məğlub edib. Turun mərkəzi oyununda isə "Çelsi" və "Mançester Yunayted" üz-üzə gəliblər. Olduqca dramatik futbol mübarizəsi şəraitində keçən qarşılaşmadan "qırmızı şeytanlar" 3:2 hesablı qələbə ilə ayrılıblar.

"Aston Villa" - "Norviç" - 1:1
Qollar:
Benteke, 27 (1:0), Turner, 79 (1:1)

"Stok Siti" - "Sanderlend" - 0:0

"Ridinq" - "Fulhem" - 3:3
Qollar:
Leygertvud, 26 (1:0), Ruiz, 61 (1:1), Beird, 77 (1:2), Makkleəri, 85 (2:2), Berbatov, 88 (2:3), Kanu, 90 (3:3)

"Uiqan" - "Vest Hem" - 2:1
Qollar:
Ramis, 8 (1:0), Makartur, 47 (2:0), Tomkins, 90 (2:1)

"Arsenal" - "Kvins Park Reyncers" - 1:0
Qol:
Arteta, 84 (1:0)

"Mançester Siti" - "Suonsi" - 1:0
Qol:
Tevez, 61 (1:0)

28 oktyabr

"Everton" - "Liverpul" - 2:2
Qollar:
Baynes, 14-avtoqol (0:1), Suarez, 20 (0:2), Osman, 22 (1:2), Naismis, 35 (2:2)

"Sauzhempton" - "Tottenhem" - 1:2
Qollar:
Beyl, 15 (0:1), Dempsey, 39 (0:2), Rodriqez, 66 (1:2)

"Nyukasl" - "Vest Bromviç" - 2:1
Qollar:
Demba Ba, 35 (1:0), Lukaku, 55 (1:1), Sisse, 90 (2:1)

"Çelsi" - "Mançester Yunayted" - 2:3
Qollar:
Luiz, 4-avtoqol (0:1), Van Persi, 12 (0:2), Mata, 44 (1:2), Ramires, 53 (2:2), X.Hernandez, 75 (2:3)

Bütün xəbərlər Facebook səhifəmizdə