Dünən səhər məşqindən sonra bazada nahar edən "Kəpəz" komandası klubun avtobusu ilə paytaxta yolanıb. Siasport.az saytının məlumatına görə, saat 14:30-da yola çıxan komanda axşam saatlarında Bakıya çatıb. Oktyabrın 30-da "İnter"in qonağı olacaq gəncəlilər "Röyal" oteldə məskunlaşıblar. Mahmud Qurbanovun yetirmələri bu gün oyunun keçiriləcəyi "Şəfa" stadionunda məşqə çıxacaqlar. Hazırlıq prosesi saat 17:00-a nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB