Vəli Qasımov: "Hər iki komanda istədiyi futbolu nümayiş etdirə bilmədi"

Vəli Qasımov: "Hər iki komanda istədiyi futbolu nümayiş etdirə bilmədi"

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Gürcüstan – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, hava şəraiti və meydançadan şikayətlənib: "Bu cür çətin hava şəraitində, belə meydançada yaxşı futbol oynamaq çətindir. Bizim də, Gürcüstan yığmasının da qələbə qazanmaq imkanı vardı. Amma hər iki komanda istədiyi futbolu nümayiş etdirə bilmədi. Son tur ərəfəsində bütün komandaların növbəti mərhələyə yüksəlmək şansı qalır. Amma belə hava şəraitində komandaların hamısı üçün oynamaq çətin olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə