Hövsan Olimpia İdman komleksində "Qələbəyə doğru ilk addım" devizi altında turnir keçirilib. Siasport.az saytının xəbərinə görə, yarışda Bakının Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal və Sumqayıt, Beyləqan, Xaçmaz, Ağdam, Ağcəbədi, Şuşa, Fizuli komandaları, qonaq Gürcustan Sayokan Komandası, Xəzər Sayokan İdman klubu və Azər Eyvazov adına Sayokan İdman klubu iştirak edib. Komandalar Sayokan döyüş sənətinin Alaqan və Baturalp sistemləri üzrə mübarizə aparıblar. Komanda hesabı üzrə Alaqan sistemində Suraxanı 1-ci, Xaçmaz 2-ci, Fizuli 3-cü yer, Baturalp sistemində isə Gürcustan 1-ci, Xəzər Sayokan İdman klubu 2-ci, Ağcəbədi komandası 3-cü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB