Topaz Premyer Liqasının X turuna yekun vurulub. Siasport.az saytının məlumatına görə, son oyun günündə "Rəvan" doğma azarkeşlər önündə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransına sağlamlığı ilə əlaqədar qatıla bilməyib.
Onun əvəzində isə jurnalistlərin qarşısına baş məşqçinin köməkçisi Tərlan Əhmədov çıxıb: "Komandamızın baş məşqçisi Böyükağa Hacıyevin səhhətində problem yarandığı üçün mətbuat konfransında iştirak edə bilmir. "Rubin"lə oyundan sonra komandanı bugünkü matça kökləmək çətin idi, yorğun idik. Meydançanın süni örtüklü olması da oyunumuza təsir etdi. Komandanın ehtiyat oyunçuları azdır, oyunumuzu dəyişəcək futbolçumuz yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB