"Rəvan" klubuna məğlubiyyətdən sonra "Neftçi"nin rəhbərliyi və məşqçilər korpusu istefa verib. Siasport.az saytının məlumatına görə, ardıcıl iki məğlubiyyətin ardından klubun vitse-prezidenti Tahir Süleymanov, idman direktoru Güloğlan Cabbarov, baş məşqçisi Böyükağa Hacıyev, onun köməkçiləri Kamal Quliyev, Bəxtiyar Musayev və Tərlan Əhmədov komandadan ayrılmağa qərar verib. Onlardan yalnız klubun idman direktoru Güloğlan Cabbarov istefa veridyini təsdiqləyib.
"Neftçi"nin prezidenti Sadıq Sadıqov isə bununla bağlı rəsmi açıqlama verib. Klub prezidentinin açıqlamasını təqdim edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB