Vəli Qasımov: "Hakimin də nəticəyə təsir etdiyini bildirməliyəm"

Vəli Qasımov: "Hakimin də nəticəyə təsir etdiyini bildirməliyəm"

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş Azərbaycan – İslandiya oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, baş məşqçi erkən qolun komandasının oyununa təsir etdiyini qeyd edib: "Təəssüf ki, oyunun başlanğıcı bizim üçün uğursuz oldu – birinci dəqiqədə qol buraxdıq. Təbii ki, bu, oyunumuza təsirsiz ötüşmədi. Bununla belə, komandamızın pis oynamadağını deyə bilərəm. Hakimin də nəticəyə təsir etdiyini bildirməliyəm. İki epizodda rəqibimizin qapısına penalti təyin olunmalı idi. Lakin hakim bunu etmədi. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, təəssüf ki, alınmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə