Vaqif Sadıqov: “Çox baxımlı oyun oldu"

Vaqif Sadıqov: “Çox baxımlı oyun oldu"

Topaz Premyer Liqasının X turunun ilk oyun gününə Zaqatalada keçirilən "Simurq" - AZAL oyunu ilə yekun vurulub. Siasport.az saytının məlumatına görə, oyunun gedişində hesabda geri düşən ev sahibi komanda əlavə olunmuş dəqiqələrdə bərabərlik qolunu vuraraq, növbəti xalını aktivinə yazıb - 1:1. Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçilər fikirlərini bildiriblər:

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Çox baxımlı oyun oldu, üç oyundur ki, qalib gələ bilmirik. "Simurq" bir daha göstərdi ki, çempionatın lideri olaraq qalır. Komandam yaxşı oynadı. Qarşıda bizi daha çətin oyunlar gözləyir".

Giorgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Oyun gərgin məcrada keçdi. İlk hissədə oyunçularımız çoxlu səhvlər etdilər. Lakin ikinci hissədə uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər, yaxşı oyun alındı. AZAL-a qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə