Topaz Premyer Liqasının X turunda keçirilən "Bakı" – "İnter" paytaxt derbisi qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Siasport.az saytının məlumatına görə, komandaların baş məşqçiləri oyun barədə fikirlərini bölüşüblər:
Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Yaxşı, maraqlı oyun oldu. İlk dəqiqələrdən hücum etdik. Təəssüf ki, ilk hissənin sonlarına yaxın hücum xəttində ötürmələrdə səhvlərə yol verirdik. "Bakı" komandasının təhlükəli hücumçuları var. Oyun boyu bir neçə yüz faizlik qol epizodu yaratsaq da, bunlardan yararlana bilmədik. Bəlkə də, bu, artıq sizi də bezdirir. Qol epizodlarının üzərində məşq zamanı çox çalışırıq, lakin oyunda həyata keçirə bilmirik. Bugünkü oyunda qalib gəlmək istəyirdik, lakin heç-heçə oldu, məğlub olmadıq. Qarşıda bizi iki çətin oyun gözləyir, bu oyunlara yaxşı hazırlaşıb xal itirməməyə çalışacağıq".
Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: "Oyuna yaxşı başlamadıq, müdafiədə səhvlər buraxırdıq. Rəqib topu yaxşı saxlamağı bacarır. İkinci hissəni daha yaxşı oynadığımızı düşünürəm, qol da vura bilərdik. Bu oyunda qalib gəlməyi çox istəyirdik, qələbə qazana bilməsək də məğlub olmadıq. Lakin qalib gələ bilməməyimiz üzərimizdə basqı yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB