Topaz Premyer Liqasının X turunda Gəncəyə səfər edən "Sumqayıt" yerli "Kəpəz"lə oyunda qolsuz heç-heçəyə nail olub – 0:0. Siasport.az saytının məlumatına görə, oyundan sonra komandaların baş məşqçiləri qarşılaşma barədə fikirlərini bildiriblər:
Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "Premyer Liqada indiyədək gördüyüm ən pis oyun idi, iki komandadan heç biri qalib gələ bilmədi".
Mahmud Qurbanov, "Kəpəz" klubunun baş məşqçisi: "Mən də həmkarımı təsdiqləyə bilərəm, həqiqətən də, ən pis oyunlardan biri idi. İlk 40 dəqiqədə komandamız, sanki, meydanda yox idi. İkinci hissədə futbolçuların fəallığı artırması qol epizodlarının yaranmasına gətirdi. Lakin bu epizodlardan heç bir nəticə əldə edə bilmədik. "Neftçi" ilə oyundan sonra futbolçularda yorğunluq hiss edirəm, ağır oynayırlar. Qarşıdakı oyunlarda uğurlu nəticə qazanmağa çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB