Bakıda möhtəşəm şou-proqram təşkil olundu

Bakıda möhtəşəm şou-proqram təşkil olundu

Bakıda "City Challenge" layihəsi çərçivəsində GT3 və klassik "Formula - 1" yarışları keçirilir. Siasport.az saytının məlumatına görə, Dənizkənarı Milli Parkda yarışla bağlı şou-proqram təşkil olunub. Proqramda Almaniyadan dəvət olunmuş "GOGO Urban" kollektivi çıxış edib.
İlk olaraq kollektivin rəqqasları səhnəyə çıxıblar. Lazer şousu ilə müşayiət olunan çıxış paytaxt sakinlərinin hərarətli alqışları ilə qarşılanıb.
Tədbir azərbaycanlı rəqqasların çıxışı, qum şousu və müxtəlif akrobatik nümayişlərlə davam edib.
Sonda paytaxt sakinləri üçü DJ-lərin iştirakı ilə diskoteka təşkil olunub.
"City Challenge" layihəsi çərçivəsində təşkil olunan GT3 yarışında Avropadan dəvət olunmuş 10 komanda iştirak edir. Komandaların hər biri 2 yarış maşını ilə turnirə qatılıb. Turnirdə "Porsche", "Lamborghini" kimi məhşur avtomobil markaları yarışır.
Turniri dünyanın 65 televiziya kanalı yayımlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə