Bir oyuna 36 qırmızı vərəqə

Paraquvay Gənclər liqasında mübarizə aparan "Teniente Farina" və "Libertad" futbol klublarının qarşılaşmasında hakim 36 futbolçuya qırmızı vərəqə göstərib. Siasport.az saytının məlumatına görə, oyunun 85-ci dəqiqəsində futbolçular bir-birləri ilə əlbəyaxa olublar. Hadisəyə ehtiyat futbolçuların da qatılması ilə stadion döyüş meydanına dönüb. Bunu görən hakimlər meydandan qaçıblar. Daha sonra Parquvay Futbol federsiyasına verilən yazılı izahatda 36 futbolçuya qırmızı vərəqə göstərdiklərini bildiriblər.

Qeyd edək ki, oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

Elvin Nüsrətli

Bütün xəbərlər Facebook səhifəmizdə