Oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatının təqvimi müəyyənləşib. Siasport.az saytının məlumatına görə, ölkənin bütün aparıcı idmançılarının qatılacağı yarışın ilk günündə kişilər arasında 60 kiloqram, qadınlar arasında bütün çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Bir gün sonra kişilər arasında 66 və 73 kiloqram, çempionatın sonuncu günündə isə 81, 90, 100 kq və 100 kiloqramdan yuxarı çəki dərəcələrində çempionlar məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB