“Kəpəz” Gəncədə məşqə çıxdı

“Kəpəz” Gəncədə məşqə çıxdı

"Kəpəz"in 4 günlük Bakı səfəri başa çatıb. Siasport.az saytının məlumatına görə, "Neftçi" ilə çempionat oyunundan sonra kubok matçı üçün paytaxtda qalan komanda "Qala" ilə görüşün ardından gecə saatlarında Gəncəyə qayıdıb. Kluba məxsus bazada yerləşən futbolçular ilk məşqə çıxıblar. Hazırlıq prosesi şəhər stadionunun əsas meydançasında baş tutub. Saat 17:00-da başlayan məşq 2 saata yaxın müddətdə davam edib. Nəzərinizə çatdıraq ki, "Kəpəz" oktyabrın 26-da Gəncədə "Sumqayıt"ı qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə