“Lokomotiv” Serbiya klubunu məğlub etdi

“Lokomotiv” Serbiya klubunu məğlub etdi

Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol komandası Çempionlar Liqası yarışlarının 2012/2013-cü il mövsümündə ilk oyununu keçirib. Siasport.az saytının məlumatına görə, bu turnirin debütantı olan komandamız qrup mərhələsi çərçivəsində səfərdə Serbiyanın "Çrvena Zvezda" klubunun qonağı olub.

Avrokuboklarda böyük təcrübəyə malik təmsilçimizin oyun öncəsi şansları yüksək qiymətləndirilirdi. Çünki "Lokomotiv" ötən mövsüm Çellenc Kuboku yarışlarının qalibi olmuşdu.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyun "Lokomotiv"in 3:2 (25:14, 25:27, 23:25, 25:17, 15:11) hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə