"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq

Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində səfərdə "Kəpəz"lə qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gün ərzində 2 dəfə olmaqla məşq edən komandanın heyətində itkilər diqqət çəkir. Zədəli olan Xəyal Mustafayev və Uğur Pamuk fərdi məşqlərlə kifayətlənir. Orxan Əliyev isə U-19-un heyətində olduğu üçün "Kəpəz"lə görüşdə iştirak edə bilməyəcək. Qapıçı Elçin Sadıqov zədəsini sağaldaraq komandaya qoşulub.

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu oktyabrın 26-da Gəncə şəhər stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə